|
Written by Administrator
|
|
%B %۲۲, %۱۳۸۵ ق.ظ31 %I:%خرد %p |
|
ARAN MƏDƏNİYYƏT İNSTİTUTU
"Aran" Mədəniyyət İnstitutu qeyri-hökumət və qeyri-kommersiya təşkilatı kimi 1999-cu ildən fəaliyyətə başlayıb. Bu müəssisənin əsas məqsədi Azərbaycanın ədəbiyyat, tarix və mədəniyyəti haqda tədqiqatlar aparmaq və İran-Azərbaycan münasibətlərində onların yerini və rolunu müəyyənləşdirməkdir.
Bu təşkilata görə, İran və Azərbaycan Respublikası bir çox sahələrdə, o cümlədən mədəni, dini, tarixi və etnik ortaqlıqlara malik olan ölkələrdəndir. Elə buna görə də, "Aran", iki ölkə vətəndaşları arasında mədəni münasibətlər və əlaqələrin genişlənməsinə və inkişafına cəhd göstərir. Son illərin təcrübələri fakt olaraq bunu göstərir ki, Azərbaycan Respublikası 1991-ci ildə öz dövlət müstəqilliyini əldə etdikdən sonra, müəyyən dairələr bu məqsədə qarşı ciddi maneələr yaradırlar.
"Aran" Mədəniyyət İnstitutu öz xüsusi jurnallarının nəşri ilə bərabər, özəl veb-saytını təsis etməklə qarşısına qoyduğu məqsədlər istiqamətində yeni addımlar atmağa başlamışdır. Bu incə və çətin yolda "Aran" bütün ziyalıları, yazıçıları, elm və mədəniyyət xadimlərini, xüsusilə Qafqaz üzrə tədqiqatlar aparan mütəxəssisləri əməkdaşlıqa də`vət edir.
|
|
Last Updated ( %B %۲۰, %۱۳۸۷ ق.ظ31 %I:%فرو %p )
|